logo
First slide

Çexiyada yoluxma sayı sürətlə artır

29 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çexiyada 3 aydan sonra koronavirusa gündəlik yoluxma sayında yeni rekord göstərici qeydə alınıb.

Press.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, son 24 saat ərzində daha 305 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bildirilib ki, sonuncu dəfə belə göstərici aprelin 3-ü 332 yoluxma faktının aşkarlanması ilə qeydə alınıb. Mütəxəssislər məhdudiyyətlərin götürülməsi səbəbindən yoluxma hallarının artmağa davam edəcəyini proqnozlaşdırır. Belə ki, son 3 gündür ki, gündəlik yoluxma sayında davamlı artım müşahidə olunur.

Ölkə üzrə bu günə qədər 11 603 insan koronavirusa yoluxub. Onlardan 348 nəfər xəstəlik səbəbindən həyatını itirib, 7705 pasiyent müalicə olunaraq sağalıb.

Oxşar xəbərlər