Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 178 mindən çox artıb

29 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 178 mindən çox artıb.

Press.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 29-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 178 328 nəfər yeni koronavirusa yoluxub, 4 153 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 10 021 401, ölənlərin isə 499 913 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 5 042 486 yoluxma və 244 791 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 673 131, ölənlərin sayı isə 196 835 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 041 774 yoluxma və 23 888 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxşar xəbərlər
OTACI