Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mədəniyyət Nazirliyinin rus qonağa qanunsuz ödəniş etdiyi üzə çıxıb

29 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hesablama Palatası Mədəniyyət Nazirliyinin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etdiyini üzə çıxarıb.

Press.az xəbər verir ki, bu, Palatanın Nazirlikdə apardığı yoxlamalar nəticəsində məlum olub.

Belə ki, adı açıqlanmayan qonaq Bakıya Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar dəvət olunub. Xalq artisti Azərbaycan paytaxtında olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi 5 ay 15 gün ərzində onun bank hesabına 26,2 min manat, mənzilinin kirayəsinə görə isə icraçıya 7,2 min manat artıq vəsait ödənilib. 

Oxşar xəbərlər
OTACI