Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Siyəzən, Yevlax və Sabirabad sakinlərindən çətənə kolları götürülüb

29 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Siyəzən, Yevlax və Sabirabad sakinlərindən çətənə kolları götürülüb

Press.Az xəbər verir ki, Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini Ə.Məlikovun

evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 81 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, Yevlax RPŞ-nin əməkdaşları Köyük kənd sakini F.İbrahimovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu və 11 qramdan artıq marixuana aşkar ediblər. 

Sabirabad RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində Rüstəmli kənd sakini M.Mirzəlinin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu aşkar ediblər. 

RPŞ İstintaq bölmələrində CM-nin 237-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI