Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranın Azərbaycan əyalətləri COVID-19-a görə qırmızı bölgə elan olundu

29 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda son sutkada daha 2 536 nəfər koronavirusa yoluxub.

Press.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sədət Lari bildirib.

Onun sözlərinə görə, son sutkada 162 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 10 670, yoluxanların sayı isə 225 205 nəfərə yüksəlib. 186 180 pasiyentin sağaldığı bildirilib.

Səhiyyə Nazirliyi ölkənin Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hürmüzqan, Kürdüstan, Buşehr, Rezavi Xorasan və Kirmanşah əyalətlərinin qırmızı bölgə olduğunu elan edib.

Əhalinin sıx olduğu bütün qırmızı bölgələrdə insanlar iyulun 5-dən iyulun 21-dək maska taxmalıdırlar. Bildirilib ki, ehtiyac olarsa karantin müddəti uzadıla bilər.

Oxşar xəbərlər
OTACI