Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“İrsə Sevgi və Hörmətlə” şüarlı “28 İyun – 5 İyul tarixində Həsən Bəy Zərdabi Həftəsi” keçirilir

29 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

28 İyun Həsən Bəy Zərdabinin Doğum günü münasibəti ilə “İrsə Sevgi və Hörmətlə” şüarlı “28 İyun – 5 İyul tarixində Həsən Bəy Zərdabi Həftəsi” keçirilir.

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu, Avrasiya Ekonomik İlişkiler Derneği (Türkiyə),” Odlar Yurdu” Gənclər Ictimai Birliyi, Azxeber.com, Press.az, Diasporpress.az Informasiya Mərkəzi, Zerdab.com, Azərbaycan Maarifçilər Assosiasiyası, Qanunla.az,  Milli QHT Forumunun birgə təşəbbüsü ilə “İrsə Sevgi və Hörmətlə” şüarlı “28 İyun – 5 İyul tarixində Həsən Bəy Zərdabi  Həftəsi” çərçivəsində Həsən Bəy Zərdabinin həyat və yaradıcılığının təbliği istiqamətində online beynəlxalq və yerli video konfransların təşkili nəzərdə tutulur.

Azərbaycan və Türkiyədə fəaliyyət göstərən gənclər təşkilatları, media qurumları və dispora təşkilatlarının iştirakı ilə keçiriləcək video konfranslar zamanı Həsən Bəy Zərdabinin milli mətbuatımızın banisi, görkəmli ziyalı, nasir və ictimai xadim kimi xidmətləri, dövlətimiz tərəfindən milli mənəvi dəyərərimizin qorunması, irsimizin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi istiqamətində görülən təqdirə layiq layihələr və işlər müzakirə olunacaq.

Hörmətlə:

Həsən Bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu Rəhbəri: Seymur Bayramov

Oxşar xəbərlər
OTACI