Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Britaniyada koronavirus qurbanlarının sayı 43,5 minə çatdı

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniyada son sutkada koronavirusdan daha 36 nəfər vəfat edib.

Press.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bununla da koronavirus qurbanlarının sayı 43 500-ə çatıb. 

Qeyd edilir ki, ötən gün COVID-19-a 901 yeni yoluxma aşkarlanıb. Beləliklə koronavirus xəstələrinin ümumi sayı 311 151 nəfərə yüksəlib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar xəbərlər
OTACI