Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qalatasaray"dan tarixi qərar!

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qalatasaray" klubunu yay transfer pəncərəsi dövründə çətin günlər gözləyir.

Press.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cimbom"un transfer büdcəsi 80 milyon avrodan 60 milyon avroya endiriləcək.

Bu təqdirdə İstanbul təmsilçisi komandada çıxış edən Diaqne və Babel kimi oyunçuları satışa çıxaracaq.

"Sarı-qırmızılılar" həmçinin, Falkao, Fequli və Belhanda kimi əsas oyunçularını da satmağı düşünür. Baş məşqçi Fatih Terim sözügedən futbolçuların satılmasına razılıq verib.

İddiaya görə, "Qalatasaray"ın "Qaziantep"lə bərabərliyə razılaşdığı (3:3) oyundan sonra çempionluq yolunda ağır zərbə alması ulduz futbolçuların dəyərini aşağı salıb.

Ancaq indiyə qədər "Qalatasaray"a sözügedən oyunçuları transfer etmək üçün bir təklif belə gəlməyib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI