Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Honkonqda aksiya keçirilib, 53 nəfər saxlanılıb

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Honkonqun Monqkok rayonunda aksiya keçirilib.

Press.az APA-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları Çinin Honkonqda milli təhlükəsizliyin təmin edilməsi ilə bağlı qəbul etməyə hazırlaşdığı qanun layihəsinə etirazlarını bildiriblər.

Polis aksiya iştirakçılarını dağıtmaq üçün bibər qazından istifadə edib, 41 kişi və 12 qadın olmaqla, 53 aksiya iştirakçısını saxlanılıb.

Qeyd edək ki, bu gün Çin Xalq Yığıncağının Daimi Komitəsində Honkonqda milli təhlükəsizliyin təmin edilməsi haqqında qanun layihəsinin müzakirəsinin yekun mərhələsinə başlanılıb. Qanun layihəsinin iyunun 30-da qəbul ediləcəyi gözlənilir.

Oxşar xəbərlər
OTACI