Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ən çox çəki artıran 4 QİDA

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Günümüzdə insanlar, xüsusilə də xanımlar arıqlamaq məqsədilə külli-miqdarda pul xərcləyib idman zallarına gedir, bahalı preparatlar və qidalar qəbul edirlər. Sağlamlığımız üçün faydalı olan bir sıra qidalar var ki, onları qəbul etmək arıqlamaq arzusunda olan xanımların planlarını alt-üst edə bilər. Əgər arıqlamaq arzusundasınızsa, o zaman gərək bu qidalardan uzaq durasınız.

Press.az lent.az-a istinadən ən çox kilo aldıran 4 qidanı sizə tanıdır:

Meyvə suları

Daha faydalı olduğunu düşünərək içdiyiniz meyvə suları çəkinizi artırır. Təəssüf ki, hətta təzə sıxılmış şirələr də kilo almağınıza səbəb ola bilər. Təzə meyvələrin çox sağlam qidalar olması şübhəsiz bir həqiqətdir; Bununla birlikdə, bir stəkan doldurmaq üçün çoxlu meyvə suyu tələb olunur və buna diyetoloqların tövsiyə etdiyi gündəlik şəkər qəbulundan daha çox şey daxildir.

Əgər meyvə suyu kimi dadlı bir şey içmək istəyirsinizsə, bu zaman stəkanın 2/3 meyvə suyu olmaqla yanaşı qalan hissəsinə adi su qatın. Bu həm faydalı, həm də daha az kilo almağınıza xidmət edəcək.

Səhər yeməyi üçün nəzərdə tutulan hazır qidalar

Hər gün televizorda gördüyümüz reklamlar bu dənli bitki tərkibli qidaların çox sağlam olduğunu və səhər yeməyi üçün qəbul etməli olduğumuzu söyləyir. Amma, onların sağlamlığa təsirləri də var. Məsələn, çəki artımına səbəb olur. Dənli bitki tərkibli səhər yeməklərinin içində çox miqdarda şəkər və ya süni şirinləşdiricilər və yağlar var. Onların tərkibindəki digər məhsulların detallarına belə girməyəcəyik.

Səhər yeməyi üçün taxıl tərkibli qidalar qəbul etmək istəyirsinizsə, yulaf və buğda kəpəyi kimi təbii məhsulları seçin. Onlara təzə meyvə, quru fındıq və təbii bal əlavə edə bilərsiniz. Ancaq istifadə etdiyiniz məhsulların çox sağlam olmasına baxmayaraq, həmişə qədərinə diqqət yetirin. Unutmayın ki, artıq su da içildikdə zərərlidir.

Qırmızı ət və kolbasa

Bu məhsulların gündəlik qidamızda olması vacibdir. Amma artıq çəki verdiyini də unutmamalıyıq. Dəmir və protein faydalı olsa da, birləşmələri zamanı doymuş yağlar yaradır. Bu yağlar çox miqdarda istehlak edildikdə müxtəlif problemlər yarada bilər. Ürək-damar xəstəliklərinin inkişafına səbəb olur. Bundan əlavə, bu yağlar qarın və ayaqlar kimi bədənin müəyyən hissələrində çox tez yığılır.

Bu qidaları qəbul etməsəm olmaz deyirsinizsə, o zaman mütləq şəkildə bişirərək yeyin. Hansı formada bişirilməsindən asılı olmayaraq çox az miqdarda yağ əlavə edin. Əks halda artıq çəki ilə mücadilə etməli olacaqsınız.

Pəhriz məhsulları

Pəhriz məhsulları kökəldən qidalar arasındadır. Bu gün məhsullarının hər biri üçün normal və yüngül seçim təklif edən markalar var. Bununla birlikdə, əksər "yüngül" məhsullar ləzzət itkisini kompensasiya etmək üçün natrium, yağ və süni dad vericilərlə doldurulur. Bu növ qidalardan mütləq uzaq olmalısınız.

Oxşar xəbərlər
OTACI