Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qudni Yohannesson yenidən İslandiya prezidenti seçilib

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qudni Yohannesson yenidən İslandiya prezidenti seçilib.

Press.az APA-ya istinadən xəbər verir ki, bu barədə RÚV teleradiokompaniyası məlumat yayıb.

İslandiyada prezident seçkiləri iyunun 27-də keçirilib, seçici fəallığı 66,9 faiz (168 min 821 seçici) olub. Q. Yohannesson seçicilərin 92,2 faizinin səsini alıb.

Q. Yohannessonun qələbəsi gözlənilməz olmayıb. Heç bir partiyada təmsil olunmayan 52 yaşlı siyasətçi seçkilərin favoriti olub. Q. Yohannessonun rəqibi, biznesmen və siyasətçi Qudmundur Franklin Yonssona seçicilərin yalnız 7,8 faizi səs verib.

Oxşar xəbərlər
OTACI