Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Liviyanın neft şirkəti: Rusiyanın muzdlu əsgərləri əsas neft yatağına daxil olub

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Liviyanın Milli Neft Şirkətinin bildirdiyinə görə, Rusiya və digər ölkələrin muzdlu əsgərləri Liviyanın ən böyük neft yatağına daxil olublar. Şirkət bunu müharibəyə qərq olunmuş ölkədə dayandırılmış neft istehsalının bərpa olunmasının qarşısını almaq cəhdi kimi qiymətləndirir.

Rusiya Liviyada şərqdə komandir Xəlifə Həftarın qüvvələrini dəstəkləyir. Xəlifə Həftarın qüvvələri isə Tripolidə yerləşən BMT-nin və xüsusilə də Türkiyənin dəstəklədiyi hökümətə qarşı müharibə aparır.

Milli Neft Şirkətinin məlumatına görə, Rusiyanın muzdlu əsgərləri cümə axşamı gecə saatlarına Həftarın döyüşçülərinin nəzarət etdiyi Liviyanın Şarara neft yatağının mühafizəçiləri ilə görüşüblər.

Bu ilin əvvəli Həftarın qüvvələrindən gələn əmrləri icra edən Neft Təsisatları Mühafizəsi adlı yarı-hərbi dəstə Həftarın müttəfiq tayfaları Liviyadakı neft limanlarının blokadasına başşılıq etdiyi zaman neft hasilatının dayandırılrmasına yardım etmişdi. Bu isə Tripolidəki hökümətə çətinliklər yaratmışdı.

Lost oil revenue

Həftarın qüvvələri Liviyanın Neft Hilalına nəzarət etsə də, Tripoli höküməti neftdən gələn gəlirdən asılı Mərkəzi Bank ehtiyatlarına nəzarət etdir. Liviya Afrikanın ən böyük neft ehtiyatlarına sahib olsa da, Həftarın yavar ayında tətbiq etdiyi blokada səbəbilə neft ixrac edə bilməyib və nəticədə dövlət şirkəti 6 milyard dollar gəlir itirib. Liviya blokadadan önxə gündəlik 1.2 milyon barel neft istehsal edirdi.

Rusiyanın muzdlu əsgərlərinin Kremlin dəstəklədiyi özəl təhlükəsizlik şirkəti olan Wagner Group şrkəti tərəfindən işə götürüldüyü deyilir. BMT ekspertlərinin dediyinə görə, qrup Həftarı Triplolini ələ keçirmək üçün 14 ay davam edən hücuma yarım etmək məqsədilə 800 ilə 1200 arası muzdlu əsgərlə təmin edib və bəzi döyüşçülərə aylıq 1500 dollar pul ödəyib. Moskva dəfələrlə Liviyadakə döyüşlərdə hər hansı rol oynadığını inkar edib.

Həftarın kampaniyası Tripoli höküməti bu ay müttəfiqi olan Türkiyənin dəstəklədiyi qüvvələrlə bilirkdə paytaxyın giriş və çıxış nöqtələrinə nəzarəti ələ keçirəndən və rəqiblərini qərbi şəhərlədrdən çıxarandan sonra çöküb. Türkiyə də Tripolini Həftarn hücumundan qorumaq üçün oraya əsasən Suriyadan muzdlu əsgərlər göndərib

Tripoli qüvvələri indi Sirteni geri almaq üçün səfərbər olduqlarını bildirir. Sirte Liviya üçün mühüm olan neft yataqları və təsislərinə yol açacaq sahildə yerləşən strateji şəhərdir. Həftar və onun xarici tərəfdarları, o cümlədən Misir, Ruisya və Birləşmiş Ərəb Əmirlikləri vasitə müharibəzidə gərginliyin artmasının qarşısını almaq üçün sülh danışıqlarının bərpa olunmasına çağırıb. Misir ötən həftə Sirteyə hücum olduğu təqdirdə münaqişəyə birbaşa hərbi müdaxilə edəcəyini bildirib.

Oxşar xəbərlər
OTACI