Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Millinin sabiq oyunçusu 41 yaşında dünyasını dəyişdi

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Slovakiya millisinin sabiq futbolçusu Marian Çişovski 41 yaşında dünyasını dəyişib.

Press.az xəbər verir ki, bu haqda onun bir vaxtlar çıxış etdiyi “Viktoriya Plzen” klubunun saytı məlumat yayıb.

Mətbuatın yazdığına görə, 6 il əvvəl veteran oyunçuya amiotrofik skleroz diaqnozu qoyulub. O, son illər nadir hallarda ictimaiyyət önünə çıxırdı.

Çişovski karyerası ərzində “Viktoriya Plzen”lə yanaşı “Jilina”, “Timişoara” və digər klublarda oynayıb, 15 matçda millinin şərəfini qoruyub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI