Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xəttin yerini özbaşına dəyişdirmək istəyən sakin abonentləri qazsız qoydu - FOTO

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu gün saat 12:00 radələrində Novxanı qəsəbəsi, bağ massivində vətəndaş Sumqayıt qaz istismarı Sahəsinə məlumat vermədən qaz xəttinin yerini dəyişdirməyə cəhd göstərib”.

Bu barədə Press.Az-a “Azəriqaz İB”dən məlumat verilib.

Qeyd edilib ki, o, qapı keçidinin düzəldilməsi üçün özbaşına olaraq qaz təchizatını dayandırıb, nəticədə 1200-ə yaxın abonent qazsız qalıb:

“Bu barədə məlumat daxil olan kimi Sumqayıt qaz istismarı Sahəsinin əməkdaşları dərhal hadisə yerinə gedib və baş verənlər barədə polis orqanları məlumatlandırılıb. Qanunsuz müdaxilə edilən qaz xətti isə əvvəlki formasına qaytarılıb. Qeyd edək ki, vətəndaş mövcud qaz xəttində hər hansı dəyişiklik etmək istəyərsə, ərizə ilə müraciət edərək müvafiq prosedurları yerinə yetirməlidir”.

 

Oxşar xəbərlər
OTACI