logo
First slide

ABŞ-da koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 125 539 nəfərə çatıb

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Son sutka ərzində ABŞ-da daha 42 min 597 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub, virusa yoluxan 500-dən çox insan həyatını itirib.

Press.az APA-ya istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bununla da ardıcıl ikinci gündür ki, ölkədə koronavirusa yoluxanların sayı yenə 40 mini keçib. Şənbə günü ölkədə 45 mindən çox virusa yoluxma halı qeydə alınıb.

Ümumilikdə, indiyə qədər ölkədə 2 milyon 510 min 323 nəfər koronavirusa yoluxub, 125 min 539 nəfər ölüb. Sağalan xəstələrin sayı isə 679 min nəfəri ötüb.

Oxşar xəbərlər