Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İcazəmin ləğv olunduğunu necə öyrənim?

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fəaliyyətinə icazə verilən qurumun əməkdaşları icazələrinin ləğv olunub-olunmamasını öyrənmək üçün my.gov.az portalına daxil olmaqla bunu dəqiqləşdirə bilərlər.

Press.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, "ASAN xidmət"in mətbuat katibi Elnur Niftəliyev bildirib. E.Niftəliyevin sözlərinə görə, həmçinin, vətəndaşlar bunu əməkdaşı olduqları şirkət və müəssiələrdən də öyrənə bilərlər.

Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

25 iyun 2020-ci il tarixində Dövlət Agentliyi tərəfindən daxil edilən icazələrin nəzərdə tutulan həddi aşdığı təqdirdə avtomatik olaraq ləğv ediləcəyi barədə xəbərdarlıq olunub. Artıq sistem vasitəsilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib.

Oxşar xəbərlər
OTACI