Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Makron Rusiyaya səfər etməyi planlaşdırır

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransa prezidenti Emmanuel Makron şənbə günü həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün yaxında Rusiyaya səfər edəcəyini deyib.

"Prezident Putinlə Fort Breqankonda güvənin təmin olunması üzərində başlayan danışıqlar davam edəcək," Makron Twitter hesabında yazıb. O müzakirə olunacaq əsas məsələlər arasında Avropada təhlükəsizlik, regional münaqişələr və iqlim dəyişikliyinin olacağını bildirib. "Mən yaxında Rusiyaya səfər edəcəm," o yazıb.

Makron və Putin cümə günü videogörüntü ilə danışıb. Makron Avropanı Rusiya ilə strateji əməkdaşlığını yenidən nəzərdən keçirməyə çağırıb və deyib ki, son illərdə Moskvaya qarşı laqeydsizlik siyasəti nəticə verməyib.

Moskva ilə Qərb arasında münasibətlər Rusiyanın Krımı ilhaq etməsi, Suriya münaqişəsindəki rolu, Birləşmiş Ştatlar və başqa demokratiyalarda seçkilərə müdaxiləsi ilə bağlı iddialar, Avropa ölkələrində zəhərləmələr və başqa qətllər səbəbilə Soyuq Müharibə dövründən bəri ən aşağı səviyyədədir.

Makron iyunun 26-da keçirilən videogörüntüdən sonra deyib ki, "şahid olduğumuz bütün regional münaqişələr Lissabondan Vladivostoka uzanan Avropa məkanını əməkdaşlıq və sülh məkanına çevirməyin nə qədər əhəmiyyətli olduğunu göstərir."

2014-cü ilin aprel ayından bəri Ukrayna hökümət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında 13,200 insanın ölümü ilə nəticələnən döyüşlərlə bağlı Makronun münaqişəyə son qoymaq üçün yol xəritəsinin hazırlanmalı olduğunun əhəmiyyətini vurğuladığı deyilir.

Bundan əlavə onun xarici qüvvələrin, o cümlədən əsasən də xarici ölkələrdə gizli əməliyyatlarda iştirak edən Rusiyanın hərbi qulluqçularından ibarət Vaqner qrupunun Liviyaya müdaxiləsinə son qoyulmasına çağırıb.

Makron ötən ay İkinci Dünya Müharibəsində Nasist Almaniyası üzərində əldə olunan qələbənin 75-ci ildönümü münasibətilə Qırmızı Meydanda keçirilməsi planlaşdırılacaq tədbirdə iştirak etməyi planlaşdırırdı. Lakin tədbir koronavirus pandemiyası səbəbilə iyunun 23-nə təxirə salındı və Fransa prezidenti də paradda iştirak etmədi.

Oxşar xəbərlər
OTACI