Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Özümüzü pis hiss edirik” – Suares

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Barselona”nın hücumçusu Luis Suares La Liqanın 32-ci turunda dubl etdiyi “Selta” ilə oyunu (2:2) şərh edib.

Press.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçu oyundan sonra jurnalistlərə açıqlamasında məyusluğunu gizlətməyib:

“Şadam ki, komandama kömək etdim. Amma ümumən təəssüflənirəm. Bəzi şeylər var ki, onu düzəltməliyik. Səfərdə çox xal itiririk. Əvvəl bunlar olmurdu. Özümüzü pis hiss edirik. Çünki çempionluq yolunda vacib iki xal itirdik. Taleyimiz öz əlimizdə idi. İndi isə “Real”ın xal itirməsini gözləməliyik”.

Qeyd edək ki, hazırda “Barselona” 32 oyundan 69 xalla turnir cədvəlində liderdir. Bir oyun az keçirən “Real” isə 68 xalla ikinci yeri tutur.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI