Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Uşaqların da tibbi maskalardan istifadə etməsi vacibdir - VİDEO

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusdan qorunmaq üçün böyüklərlə yanaşı uşaqların da tibbi maska taxaraq sosial məsafəni qoruması vacibdir.

Press.az Xəzər.TV-yə istinadən xəbər verir ki, amma bəzi valideynlər uşaqlarına uyğun ölçüdə tibii maska tapmadıqlarından narahatdılar. Onlar bildirirlər ki, uşaqlara standart maskalar alırlar, amma ölçüsü böyük olur.

Apteklərdə isə yalnız standart maskaların satışda olduğu bildirirlər.

Xezerxeber.az-ın məlumatına görə, pediatr Nərmin Məmmədova hesab edir ki, uşaqlar da xəstəlik ötürücüsü ola bilirlər. Odur ki, valideynlər bu məsələdə məsuliyyətli olmalıdırlar.

O, 2 yaşınadək uşaqlara maska taxılmasını tövsiyə etmir. Bunun səbəbini boğulma, nəfəs çatışmazlığı ilə əlaqələndirir.

Ekspertlər isə deyir ki, uşaqları qorumağın ən yaxşı yolu zərurət olmadıqda onları evdən çıxarmamaq, insanların sıx toplaşdığı yerlərə aparmamaqdır.

Oxşar xəbərlər
OTACI