Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda sağlam şəxsə koronavirus xəstəsi olması barədə SMS gəldi

27 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda koronavirusa yoluxma şübhəsi ilə test verməyən şəxsə evdə təcrid olunmasının mütləqliyi ilə bağlı SMS göndərilib.

Press.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Fəxri Ağayev adlı şəxs sosial şəbəkəsində paylaşım edib.

Həmin şəxs Nazirlər Kabineti yanında Operativ Qərargahdan nömrəsinə mesaj gəldiyini bildirib.

“Hörmətli vətəndaş, Siz, COVID-19 diaqnozu ilə karantin nəzarətindəsiniz. Yaşayış yerinizi tərk etdiyiniz halda cinayət məsuliyyətinə cəlb ediləcəksiniz! Tel : 184.

Test verməmişəm, buna ehtiyac da görməmişəm. Zəng etdim 184-ə və 2 dəqiqə ərzində həzin musiqi dinlədim. Təsəvvür edin belə bir mesaj alan insanın səbirsizliyini, gərginliyini, və 2 dəqiqə uvertura. Operativ olduqlarına görə 2 dəqiqə sonra cavab oldu. Cavan oğlana məsələni başa saldım. Qeydiyyatda olduğum rayonu soruşdu və oradakı poliklinikaya məni yönləndirdi.

Telefondakı xanım dinlədi, və niyə belə bir halın və necə baş verdiyini soruşdu. Dedim ki, mən sizdən niyə belə olduğunu soruşmaq üçün zəng etmişəm. Dedi ki, adınız siyahıda yoxdur. Kim mesajı göndərib, ona deyin. Səhv olduğunu anladım. İndi təsəvvür edin ki, mən deyiləm, 65 yaşlı test verən insandır və həmin an infarkt olsa, insult keçirsə...”- deyə paylaşımda qeyd olunub.

TƏBİB-dən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Oxşar xəbərlər
OTACI