Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkədə bütün kasıblara 65 yaşına qədər hər ay pul veriləcək

27 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniya hökuməti kasıb vətəndaşlarına və ölkədə yaşayış hüququ olan əcnəbilərə ömürlük ödəmə proqramı hazırlayıb. Avropa ölkəsi imkansızlara 65 yaşına qədər pul verəcək.

Press.az Bizimyol.info-ya istinadən xəbər verir ki, hər şəxsə ayda minimum 462 avro verilməsi nəzərdə tutulub. Ailənin üzvlərinin hər birinə görə daha 139 avro əlavə olunacaq. Ümumilikdə ailəyə verilən pul 1015 avronu keçməməlidir.

İspaniya hökuməti hər il ödəmələr üçün 3 milyard avro ayıracaq. Bundan 23-65 yaş arası 2.3 milyon insan yararlana biləcək.

İspaniyada 30 yaşına qədər iş qabiliyyətli insanların 25 faizi heç vaxt işləməyib. Həmin adamlar da ödəmələrdən istifadə edə biləcək.

Avropa ölkəsində bir çox mütəxəssislər ödəmələrə isti yanaşmır. Onların fikrincə, belə maddi yardım ispanları tənbəlləşdirəcək. Mütəxəssislər düşünür ki, işləmək stimulu azalacaq. Yəni insanlar müftə pul alacaq, işləyənlər də qeyri-rəsmi çalışacaq ki, vergi ödəməsin.

Oxşar xəbərlər
OTACI