Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ronaldo və Messi eyni komandada oynaya bilər

27 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Boka Xuniors"un futbolçusu Karlos Teves vida matçında Kriştiano Ronaldo və Lionel Messinin eyni komandada oynamasını istəyir.

Press.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu özü məlumat verib: "Müqaviləm bitdikdən sonra karyeramı başa vura bilərəm. Bəlkə əvvəllər şərəfini qoruduğum "Vest Hem "və ya" "Korintians"da oynaya bilərəm. Bunları daha sonra düşünəcəyəm.

Karyeramı başa vuracağım təqdirdə, ən böyük arzum birdə oynadığım ulduz oyunçuları eyni komandada toplamaqdır. Vida matçımda ilk "11-liy"i müəyyənləşdirmişəm. Canluici Buffon, Huqo İbarra, Rio Ferdinand, Qabriel Haynze, Patris Evra, Andrea Pirlo, Pol Skoulz, Pol Poqba, Kriştiano Ronaldo, Lionel Messi və Ueyn Runi. Karyeramı bitirsəm, bu oyunçulara eyni komandada oynamağı təklif edəcəyəm".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI