Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

 Şirvanda və Siyəzəndə çətənə bəcərən şəxslər saxlanılıb

27 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

 Şirvanda və Siyəzəndə çətənə bəcərən şəxslər saxlanılıb

Press.Az xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıqəhrəmanlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Q.Şahbazovun evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, ŞPŞ-nin əməkdaşları Hacıqəhrəmanlı qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Məmmədovun evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu götürülüb.

Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Z.Qəniyevin evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilib. 

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI