logo
First slide

Çində ötən sutka ərzində 21 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

27 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çində ötən sutka ərzində 21 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Press.az Trend-ə istinadən xəbər verir ki, yeni yoluxma hallarından 4-ü xaricdən gələn vətəndaşlarda, 17-si isə ölkə daxilində - Pekin şəhərində qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 12 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 483 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Oxşar xəbərlər