Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

BMT baş katibi ABŞ-ın ÜST-ü tənqid etməsini əsassız sayır

27 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid etməsi əsassızdır.

Press.az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş bildirib.

A.Quterreş deyib: "ÜST rəhbərliyinin nümayəndələrini tanıyıram, onlar heç bir ölkənin nəzarəti altında deyil. Onlar həmişə vicdanla hərəkət edirlər".

Baş katib əlavə edib ki, pandemiya bitdikdən sonra ölkələrin virusa necə qarşı reaksiyası ilə bağlı araşdırma aparmaq lazım olacaq.

Xatırladaq ki, mayın 29-u Vaşinqton ÜST ilə əməkdaşlığını dayandırmaq niyyətində olduğunu bildirib.

Oxşar xəbərlər
OTACI