Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Regionlarda 18 tona yaxın yabanı çətənə məhv edilib

27 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Regionlarda 18 tona yaxın yabanı çətənə məhv edilib

Press.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Qərb bölgəsində Regional şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonunun Dönük Qırıqlı kəndində yabanı halda bitmiş, çəkisi 5 ton 714 kq. olan 3257 ədəd çətənə kolu aşkar edilib.

Bundan başqa, Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən Qarayazı qəsəbəsinin ərazisində 1 hektar sahədə 

yabanı halda bitmiş, çəkisi  5 ton 352 kq. olan 17840 ədəd çətənə kolu, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən Bayramkoxa kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 3,9 ton olan 70.000 ədəd çətənə kolu, Ucar RPŞ-nin əməkdaşları tərəfindən Bərgüşad kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1,1 tondan artıq olan 1333 ədəd çətənə kolu, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən Xoruzlu kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1,5 tondan artıq olan 4015 ədəd çətənə kolu aşkar edilib. 

Narkotik xassəli bitkilər yığılaraq, məhv edilib.

 

Oxşar xəbərlər
OTACI