Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusa üç yeni simptom əlavə edildi

27 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirusun təsvirinə üç yeni simptom əlavə edilib.

Press.az “oxu.az”a istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin saytında bildirilib.

COVID-19 əlamətlərinə burun tutulması, ürəkbulanma və ishal əlavə olunub.

Əvvəllər koronavirusun simptomu kimi yüksək temperatur, öskürək və nəfəs darlığı göstərilirdi.

Daha sonra titrətmə, əzələ ağrısı, boğaz ağrısı, dad və qoxu hissinin itirilməsi də koronavirusun əsas simptomlarından sayıldı.

Oxşar xəbərlər
OTACI