Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaxda maska taxmayanlar cərimələndi

27 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qax Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar sosial izolyasiya qaydalarına riayət edilməsi məqsədilə tədbirləri davam etdirir.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yol polisi əməkdaşları sərnişindaşıma ilə məşğul olan avtobus, taksi və digər nəqliyyat vasitələrində sürücü və sərnişinlərlə maariflədirici söhbətlər aparıb, onları karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar.

Vətəndaşlarla söhbət zamanı tibbi maskadan istifadənin zəruri olduğu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi diqqətə çatdırılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Oxşar xəbərlər
OTACI