Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu ölkədə qərar verildi: Gələn həftədən...

27 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İyulun 1-dən Rusiyanın 67 bölgəsi turistləri qəbul etməyə hazır olacaq”.

Press.az xəbər verir ki, bunu Federal Turizm Agentliyinin rəhbəri Zarina Doquzova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əvvəlki illərdə Rusiya Federasiyasının əksər bölgələrində yay turizm mövsümünün tam başlaması iyulun 1-nə təsadüf edirdi: “Gələn həftədən turizmin 40 subyekti - otellər, motellər və digər yaşayış obyektləri işə başlayacaq. İyunun 28-də artıq yay səyahətlərinə start veriləcək”.

Z.Doquzova əlavə edib ki, iyulun 1-dən etibarən sanatoriyalarda koronavirus infeksiyasının olmamasını təsdiq edən sertifikatın ləğv olunacağı da gözlənilir:

"Təəssüf ki, pandemiya dövründə sanatoriya-kurort müəssisələri üçün icazə sertifikat lazımdır. Bu tələbin aradan qaldırılmasına çalışırıq”.

Onun sözlərinə görə, sözügedən məcburi sertifikat turizm komplekslərinin rahat şəkildə fəaliyyəti üçün maneə törədir. Bu məsələnin müvafiq qurumlarla müzakirə edildiyi bildirilib.APA

Oxşar xəbərlər
OTACI