logo
First slide

Bu şəxslərə koronavirus peyvəndi vuruldu - VİDEO

26 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyada könüllü hərbçilərə eksperimental koronavirus peyvəndi vurulub.

Press.az xəbər verir ki, onlar özlərini necə hiss etdikləri barədə danışıblar.

“Çiyinə vurulan adi iynədir. Heç bir simptom yoxdur: Temperatur normaldır – 36,6. Hətta başım da ağrımır. Demişdilər ki, iştaham olmayacaq – əvvəlkindən də çox yeyirik. İynə yerində yalnız iz qalıb, ağrı yoxdur. Səhər idman edirik, heç bir narahatlıq hiss etmirik”, – deyə Sergey adlı könüllü bildirib.

Həkimlər də Burdenko xəstəxanasının mütəxəssislərinin nəzarəti altında peyvənd edilmiş könüllülərin birinci və ikinci qruplarının sağlamlıq vəziyyətlərini yaxşı qiymətləndirirlər.

Onların sözlərinə görə, koronavirus peyvəndi tətbiq olunduqdan sonra heç bir fəsad və ya mənfi reaksiya görünməyib.

 

Oxşar xəbərlər