Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təkcə bu ölkədə 25 milyon insan koronavirusa yoluxmuş ola bilər - ŞOK ARAŞDIRMA

26 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yeni tip koronavirusa ABŞ-da 25 milyon insan yoluxmuş ola bilər.

Press.az xəbər verir ki, bu barədə ölkənin İnfeksion Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Mərkəzin direktoru Robert Redfildin sözlərinə görə, aparılan araşdırmalar mövcud yoluxma sayının (2,5 milyon) 10 qat artıq ola biləcəyi ehtimalını ağıla gətirir.

Redfild ölkənin hər tərəfindən toplanan qan nümunələrini araşdırdıqlarını, milyonlarla amerikalının xəbəri olmadan və ya minimum simptomlarla COVID-19 daşıyıcısı ola biləcəyini qeyd edib: "Bu pandemiya bitmədi. Sahib olduğumuz ən güclü vasitə, silah sosial məsafədir. Müdafiəsiz insanları qorumaq, yaşlıları qorumaq üçün sosial təsiri azaltma strategiyaları tətbiq etməliyik. Hazırda ikinci bir dalğadan bəhs etmirik. Hələ də ilk dalğadayıq".

Son rəqəmlərə görə, ABŞ-da 2 milyon 504 min 676 nəfər koronavirusa yoluxub, 126 min 785 nəfər dünyasını dəyişib.

Publika.az

Oxşar xəbərlər
OTACI