Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Maksimov Azərbaycandakı titulu haqda - "Hamı "Qəbələ"ni favorit görürdü"

26 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bilirsiz, kubok matçlarının da öz qaydaları var. İki il əvvəl rəhbərlik etdiyim “Keşlə” ilə Azərbaycan kubokunun finalında Roman Qriqorçukun “Qəbələ”siylə qarşılaşırdım”.

Press.az xəbər verir ki, bu sözləri Ukraynanın “Vorskla” klubunun baş məşqçisi Yuri Maksimov ölkə kubokunun finalında Kiyev “Dinamo”su ilə qarşılaşacaqları matç haqda danışarkən deyib.

O, Ukraynda Futbol Federasiyasının rəsmi saytına müsahibəsində “Keşlə”ni çalışdırarkən Azərbaycan kubokunu qazandıqlarını xatırlayıb: “Oyundan əvvəl hamı “Qəbələ”ni favorit hesab edirdi, ancaq mənim komandam qələbə qazandı. 2009-cu ildəki “Vorskla” – “Şaxtyor” matçında da favorit donetsklilər olsa da, kubok Poltavaya getmişdi”.

Qeyd edək ki, Maksimov 2017/18 mövsümündə “Keşlə”ni çalışdırıb. O, paytaxt klubuna Azərbaycan kubokunu qazandırıb. Komanda həlledici görüşdə “Qəbələ”ni 1:0 udub.

“Dinamo” (Kiyev) – “Vorskla” final matçı isə iyulun 8-də keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI