logo
First slide

Dünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır: Virusun ikinci dalğası...

26 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa ölkələrinin bir çoxu sərhədləri açıb, karantin qaydalarını xeyli yumşaldıb. Halbuki qitə koronavirusun ikinci dalğası ilə üz-üzədir.

Press.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı bəyanat yayıb. Təşkilatın Avropa regional bürosunun direktoru Hans Klyuge “Youtube” portalındakı çıxışı zamanı yoluxma sayının xeyli artdığını bildirib. Onun sözlərinə görə, bölgənin 30 ölkəsində artım var. Bunlardan 11-də epidemiya yenidən sürət götürə bilər. Qarşısı vaxtında alınmasa, faciə gözlənilir.

Klyugenin fikrincə, karantin qaydalarının yumşaldılması yoluxma sayının artımına təkan verir.: “Avropanın bir çox ölkələrində bu risk reallığa çevrilib”. Amma Klyuge Polşada, Almaniyada, İspaniyada və İsraildə hökumətin daha çevik davrandığını bildirir. Ümumdünya Səhiyyə Təşkilatının bədbin açıqlamalarına baxmayaraq, büro rəhbəri avropalıların qaydalara riayət etməyə daha çox meylli olmasını qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada virusa yoluxanların sayı 9.7 milyon nəfəri keçib. İndiyə qədər infeksiya üzündən təxminən 500 min nəfər həyatını itirib. Avropada virusa 2.38 milyon nəfər yoluxub. 189 mindən çox avropalı epidemiyaya görə ölüb. Qitədə hər gün 13-14 min yoluxma faktı qeydə alınır. Bu gün rəqəmin daha yüksək olmaq ehtimalı var.

Oxşar xəbərlər