Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Alimlər koronavirusu 25 saniyəyə məhv etməyin yolunu tapdı

26 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ultrabənövşəyi şüalar COVİD 19-u zərərsizləşdirir.

Press.az baku.ws-ə istinadən xəbər verir ki, Boston universitetinin alimləri bu nəticəyə gəlib.

"Rossiyskaya qazeta" araşdırmaya istinadən yazır ki, Boston Universitetinin Milli Yoluxucu Xəstəliklər Laboratoriyasının (NIEDL) alimləri "Signify" şirkəti ilə birlikdə koronavirusu 25 saniyəyə məhv etmək üsulunu aşkarlayıblar.

Xüsusi lampaların ultrabənövşəyi şüaları "SARS-CoV-2"-ni zərərsizləşdirir. Eksperiment zamanı mütəxəssislər viruslu materialı lampalardan müxtəlif dozalarda gələn ultrabənövşəyi radiasiyaya məruz qoyublar.

Məlum olub ki, 1 kvadrat santimetrə 5 meqacoul dozada koronavirusun yayılması altı saniyədə 99 faiz azalır, 1 kvadrat santimetrə 22 meqacoul dozada isə, virus 25 saniyədə tamamilə məhv olur.

Oxşar xəbərlər
OTACI