Regionlarda vətəndaşlardan odlu silahlar götürülüb
Press.Az xəbər verir ki, Göyçay RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Alıkənd kənd sakinləri E.Qasımov və qardaşı oğlundan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri aşkar edilib.
Bundan başqa, Kürdəmir RPŞ-nin əməkdaşları Dəyirmanlı kəndində yaşayan S.Mazakovun evindən müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi və 24 ədəd patron, Qəbələ RPŞ-nin əməkdaşları Aydınqışlaq kənd sakini E.Yahyayevdən “BUM” markalı ov tüfəngi, Sabirabad RPŞ-nin əməkdaşları Qəzli kənd sakini F.Nuriyevdən “İJ-54” markalı ov tüfəngi,
Şəmkir RPŞ-nin əməkdaşları şəhər sakini A.Hüseynovdan “İJ-16” markalı ov tüfəngi, Şabran RPŞ-nin əməkdaşları N.Hacıyevdən “TOZ-16” markalı ov tüfəngi, Ağcabədi RPŞ-nin əməkdaşları Ağabəyli kənd sakini
F.Əliyevdən 2 ədəd “İJ-12” markalı ov tüfəngi aşkar ediblər.
Araşdırmalar aparılır.