Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Liverpul" çempionluğu rəsmiləşdirdi

26 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.

Press.az xəbər verir ki, bu turun son oyunun nəticəsindən sonra ölkə çempionatında bu mövsümün qalibi dəqiqləşib. Belə ki, "Mançester Siti" səfərdə "Çelsi"yə uduzub - 1:2. Bu nəticədən sonra lider "Liverpul" ən yaxın izləyicisi "Mançester Siti" ilə xal fərqini 23-də saxlayıb və yarışın bitməsinə 7 tur qalmış çempionluğu rəsmiləşdirib və tarixində 19-cu dəfə ölkə çempionu olub.  "Liverpul" sonuncu dəfə 1989/1990 mövsümündə çempionatın qalibi adına yiyələnmişdi.

Digər görüşlərdə "Arsenal" səfərdə "Sauthempton"a qalib gəlib - 2:0. "Bernli" isə doğma meydanda "Uotford"dan üstün olub - 1:0

25 iyun

"Çelsi" - "Mançester Siti" - 2:1

Qollar: Pulişiç, 36 (1:0), Kevin de Brüyne, 55 (1:1), Villian, 78-pen (2:1)

Qırmızı vərəqə: Fernandinyo, 77 ("Mançester Siti")

"Bernli" - "Uotford" - 1:0

Qol: Rodriqes, 73

"Sauthempton" - "Arsenal" - 0:2

Qollar: Nketia, 20, Uillok, 86

Qeyd edək ki, birinci yeri təmin edən "Liverpul"un 86-ı xalı var. "Mançester Siti" 63 xalla 2-ci, "Lester" 55 xalla 3-cü, "Çelsi" 54 xalla 4-cüdür.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI