logo
First slide

Bəhram Bağırzadə ilə bağlı şok açıqlama

26 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov Əməkdar artist Bəhram Bağızadənin yayılmış səs yazısı ilə bağlı açıqlama verib.

Press.az xəbər verir ki, "ATV aktual”da danışan millət vəkili səs yazısının aktyora aid olduğunu, ancaq koronavirusa yoluxması təsdiqlənməzdən əvvəl yazıldığını bildirib:

"Bəli, o Bəhram Bağırzadənin səsidir. Ancaq unutmamaq lazımdır ki, ayın 6-da yüksək hərarəti olan Bəhram Bağırzadənin ayın 7-də aparılan Covid müayinəsi müsbət çıxıb. Həmin səs yazısı, böyük ehtimal, ailəsinin dediyinə görə, dostlarına göndərdiyi və ayın 7-nə aid olan səs yazısıdır. Bəhram müəllim ayın 10-da çəkilən kompyuter tomoqrafiyasına qədər özünün xəstələndiyinə və Covid-19 xəstəsi olduğuna qətiyyən inanmaq istəmirdi və xəstəxanada yatarkən də bununla razılaşmaq istəmirdi. Əfsuslar olsun ki, ayın 9-da ağciyərdə 5%-lik tutulmaya baxmayaraq, ayın 12-də yenidən şikayətlərinin artması, boğulma hissinin artması ilə birlikdə ayın 13-də başqa xəstəxanadan bizim xəstəxanaya transfer olundu. Aparılan bütün müdaxilələrə baxmayaraq, ağciyərin böyük hissəsinin artıq tamamilə zədələndiyi, EKMO-ya bağlandığı və EKMO-ya bağlandıqdan sonra, hamıya məlum olduğu kimi, ayın 19-da ağciyərin 100%-dək hissəsinin zədələndiyi məlum oldu. ("Qafqazinfo")

Oxşar xəbərlər