Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Salyanda yol qəzası: 3 nəfər qadın xəsarət aldı

26 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün axşam saatlarında Salyan şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Press.az xəbər verir ki, Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, şəhərin Əlibəy Hüseynzadə və Əlinağı Hüseynov küçələrinin kəsişməsində “Vaz-2107” və “Vaz-2106” markalı minik maşınlarının toqquşması nəticəsində 07-nin sərnişinləri- 53 yaşlı Sumqayıt şəhər sakini Nərgiz Qarayeva, 39 yaşlı Salyan şəhər sakini Zümrüd Hüseynova və onun 16 yaşlı qızı müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI