Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avstraliya COVID-19-un qarşısını almaq üçün Viktoriya ştatına ordu göndərir

25 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avstraliyanın Viktoriya ştatına koronavirus hallarındakı artımın qarşısını almağa yardım etmək üçün ordu çağırılıb. Hüquq-mühafizə orqanları son bir həftədə COVID-19-a yollaxma hallarında artımın olduğunu bildirib və sakinləri Melburndakı bir neçə qaynar nöqtəni tərk etməməyə çağırıb.

Viktoriya cümə axşamı koronavirus 33 yeni yoluxma halı qeydə alınıb. Orada artıq ardıcıl olaraq doqquzuncü gündür ki, yoluxma halları 10-dan çoxdur. Son həftələrdə yüngülləşdirilən karantin rejimi yenidən sərtləşdirilə bilər.

Ordunun göndərilməsi böyük addımdır. Min Avstraliya qoşunu xaricdən qayıdan səyahətçilər üçün nəzərdə tutulan karantin təsislərində təhlükəsizlik tədbirlərini artıracaqlar. Onlar həmçinin testlərin keçirilməsinə yardım edəcək. Ştatda COVID-19-a yoluxma hallarında artıma görə laqeydlik, sosial məsafə qaydaları və gigiyena protokoluna məhəl qoyulmaması tənqid edilir.

Virus xüsusilə də ştatın ən böyük şəhəri, Avstraliyanın isə ikinci ən böyük şəhəri Melburnda yayılmaqda davam edir və qaynar nöqtələrdə yenidən bağlama tədbirləri tətbiq oluna bilər.

Viktoriya ştatının baş naziri Daniel Endrüs pademiyanı yay aylarında Avstraliyanın cənub-şərqində baş verən meşə yanğınlarına istinadən "ictimai sağlamlıq yanğını" adlandırıb.

Endrüs deyib ki, 10 ərazidə kütləvi testlər həyata keçiriləcək və növbəti 10 gün ərzində 100 min test gözlənilir.

Ştat hökümətinin sağlamlıq işçiləri xəstləyi müəyyən etmək üçün yeni tüpürcək nümunələri götürəcəklər.

Rəsmilər deyir ki, Viktoriyada bağlanma tədbirlərinin yüngülləşdirilməsindən sonra böyük ailə toplantıları infeksiyaların artmasına gətirib çıxarıb.

Avstraliyanın ən çox əhalisi olan Yeni Cənubi Uels ştatının rəsmiləri ştatda virusun aktiv şəkildə yayılmasından narahatdır. Səhiyyə naziri Brad Hazzard deyir ki, indi laqeydsiz olmamaq vaxtıdır.

Kvinslend ştatında işə artıq səkkizinci gündür heç bir yoluxma halı qeydə alınmayıb.

Avstraliyada indiyədək koronavirusa ümumilikdə 7521 insan yoluxub, 104 nəfər həyatını itirib.

Oxşar xəbərlər
OTACI