logo
First slide

Rusiya klubunun 8 üzvündə koronavirus aşkarlandı

25 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın “Orenburq” klubunda 8 nəfər koronavirusa yoluxub.

Press.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yoluxanlardan 6-sı futbolçu, 2-si isə klub işçisidir. 

Koronavirusa yoluxan şəxslərin adı açıqlanmayıb. Həmin şəxslər Premyer Liqanın 23-cü turunda "Lokomotiv”lə keçirilən oyundan (0:1) əvvəl testdən keçirilib və nəticələri neqativ olub.

Qeyd edək ki, bundan əvvəl Premyer Liqa klublarından "Rostov", "Dinamo" (Moskva) və "Ufa"nın futbolçularında da koronavirus aşkarlanmışdı.

Oxşar xəbərlər