Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-ın 3 ştatı 8 ştatdan gələnlərin iki həftəlik karantinə alınmasını tələb edir

25 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yeni koronavirus pandemiyasının başlanğıc nöqtəsi olan Nyu-York ABŞ-ın səkkiz ştatından olan qonaqlardan iki həftəlik karantində qalmalarını tələb edib.

Çərşənbə günü Nyu-York ştatının qubernatoru Endrü Kuomo karantinin son həftələr yeni yoluxma hallarının artdığı Alabama, Arizona, Arkanzas, Florida, Şimali Karolina, Cənubi Karolina, Texas və Yuta sakinlərinə aid olduğunu bildirib. Kuomoya Nyu-Yorkun karantin tələblərini təkrarlayan qonşu Konnektikut və Nyu-Cersi ştatlarının qubernatorları, demokrat Ned Lamont və Fil Morfi də video-konfransa qatılıb.

Karantin rejimi barədə qərarı üç ştat aprel ayının sonundan bəri ABŞ-ın COVID-19-a yoluxma hallarının ən yüksək, bir gündə 36 mindən çox olduğunu elan etdiyi gün verib. Yeni yoluxmaların əksəriyyəti ölkə boyu Floridadan tutmuş, Arizona və Texas daxil olmaqla, Kaliforniyanın ştatının qərbindən yayılır.

Bir neçə ştat mart ayından, pandemiya başlanandan bəri koronavirus xəstələrinin xəstəxanalara ən çox yerləşdirildiyi ştatlar olub. Belə ki, Texas ştatında yoluxaan 5 mindən çox xəstənin 4 mini xəstəxanaya yerləşdirilib. Kaliforniya isə 7 min yeni koronavirus xəstəsini xəstəxanaya yerləşdirdiyini bildirib.

Kaliforniyada yoluxmaların artması əyləncə nəhəngi Disneylendin 65 illik ildönümünə planlaşdırılan `Disneyland` və `Disney Kalifornia` parklarının iyulun 17-nə planlaşdırılan açılışlarının təxurə salınmasına səbəb olub.

Oxşar xəbərlər
OTACI