Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

BNA: Maskadan istifadə ilə bağlı nəzarət tədbirləri daha da gücləndiriləcək

25 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gün ərzində ayrı-ayrı dayanacaq məntəqələrində avtobusa maskasız daxil olmaq istəyən sərnişinlər olub.

Bunu Bakı Nəqliyyat Agnetliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, sürücülərin tövsiyəsindən sonra həmin sərnişinlər də maska taxıblar: "Sürücülərin maskasız sərnişinlərə qarşı biganə yanaşması halı da var. Bununla bağlı məlumatlar almışıq.

Məsələ ilə bağlı tərəfimizdən reydlər keçirilir. Bütün hallar qeydə alınır, analiz edilir. Qarşıdakı günlərdə ictimai nəqliyyatda maskadan istifadə ilə bağlı qərarın icrasına nəzarət tədbirləri daha da gücləndiriləcək".

Qeyd edək ki, bu gündən etibarən avobusa maskasız daxil olmaq qadağandır.

Trend

Oxşar xəbərlər
OTACI