Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bir müddət özümüzü yaxınlarımızdan da təcrid etməliyik - Yaqut Qarayeva

25 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fevralın sonundan etibarən xaricdən ölkəyə virusun gəlməsinin qarşısını aldıq. Amma virus ölkəyə daxil olandan sonra yayılmağa başladı.

Press.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bunun üçün sərhədlərimiz nəzarətə götürüldü: "Avropa ölkələrində bu virus yayılanda biz bunun qarşısını sərhədləri nəzarətə götürməklə ala bildik. Amma ölkədə vətəndaşlar qaydalara riayət etmədiyi üçün xəstəlik yayıldı.

Bu virus insandan insana yayılır. Ona görə də biz bir müddət özümüzü hətta yaxınlarımızdan da təcrid etməliyik".

Oxşar xəbərlər
OTACI