Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

25 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov koronavirusa yoluxub.

Press.az xəbər verir ki, bu barədə Oxu.Az-a S.Məmmədovun özü məlumat verib:

“İyunun 22-də özümdə simptomları hiss etdim. Həmin gün də test verdim və pozitiv çıxdı.

Hazırda evdəyəm. Bu gün Ağdaşdakı xəstəxanaya yerləşdiriləcəyəm”.

60 yaşlı müdir ailə üzvlərinin test verdiyini və onlarda testin nəticəsinin pozitiv çıxmadığını da bildirib.

Qeyd edək ki, Sahib Məmmədov 2013-cü ilin fevralından Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiridir.

Oxşar xəbərlər
OTACI