Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qırğızıstanda koronavirusa rekord sayda yoluxma qeydə alındı

25 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 228 nəfər yoluxub.

Press.az-ın "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Mademin Karatayev deyib.

Onun sözlərinə görə, ötən gün qeydə alınan yoluxma hallarının sayı rekord göstəricidir: "Ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 954 nəfərə çatıb".

Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 1 nəfər ölüb, 30 nəfər sağalıb, ölənlərin ümumi sayı 43 nəfər, sağalananların ümumi sayı isə 2 112 nəfərdir.

Oxşar xəbərlər
OTACI