Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda daha bir müğənni koronavirusdan öldü - FOTO

25 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tanınmış müğənni Faiq Tapdıqoğlu (Ağbabalı) vəfat edib.

Press.az publika.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan sənətçinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Faiq Tapdıqoğlu "Ağbaba" qrupunda fəaliyyət göstərirdi. O, Qərbi Azərbaycan folklorunun yaşadılmasında xidmətləri olan müğənni kimi, həmçinin el şənliklərinin mahir aparıcısı kimi tanınıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Xalq artisti Teymur Mustafayev də koronavirusun səbəb olduğu pnevmoniya səbəbindən vəfat edib.

Oxşar xəbərlər
OTACI