Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu məhsul xərçəngə səbəb olur - Onkoloqdan XƏBƏRDARLIQ

25 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qidalanma insanın sağlamlığında çox böyük rol oynayır. Bəzi qida məhsulları sağlamlığımızı qorumağa yardım edir, digərləri isə əksinə xəstəliklərin riskini artırır.

Rusiyalı onkoloq Andrey Pılev "Звезда" telekanalına bildirib ki, emal olunmuş qırmızı ətin həddindən artıq istehlakı həqiqətən xərçəngin inkişafına səbəb ola bilər. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, söhbət sosis, kolbasa, vetçina kimi məhsullarda, fast fuddan gedir.

Mütəxəssis qeyd edib ki, emal olunmuş qırmızı ətin kanserogen təsiri hətta spirtli içkilərin kanserogen təsirindən daha güclüdür.

Həmçinin həkim çox isti qida və məhsullardan uzaq durmağı tövsiyə edib ki, onlar da xərçəngin riskini artırır.  

Xərçəngin ən yaxşı profilaktikasına gəldikdə isə onkoloq liflərlə zəngin olan qidaları (meyvə, tərəvəz, göyərti, paxlalılar)  qeyd edib. Həkimin sözlərinə görə, hətta xərçəng diaqnozu qoyulmuş xəstələrdə liflərlə zəngin olan qidalanma xəstəliyin proqnozunu yaxşılaşdırır, xəstələrin həyatını uzadır.

Oxşar xəbərlər
OTACI