Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

CAR-da koronavirusa qarşı vaksinin ilk sınaqları başlayıb

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cənubi Afrika Respublikasında (CAR) koronavirusa qarşı vaksinin Afrikada ilk sınaqları başlayıb.

Press.az Trend-ə istinadən bildirir ki, vaksin Böyük Britaniyanın Oksford Universiteti tərəfindən "AstraZeneca" əczaçılıq şirkət ilə birgə hazırlanıb.

Bu vaksinin ilkin sınaqları Böyük Britaniyada keçirilib. CAR-da davam edən sınaqlarda 2 minə yaxın könüllü iştirak edir.

Bundan başqa, sınaqların Braziliya və ABŞ-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, CAR Afrikada koronavirusun ən çox qeydə alındığı ölkədir. Burada 106 mindən çox şəxs virusa yoluxub, 2 102 nəfər ölüb.

Oxşar xəbərlər
OTACI