Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bir aydır ailəsini görməyən həkimin doğmaları "Xəzər Xəbər"ə danışdı - VİDEO

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyanı bürüyən pandemiya zamanı tibb işçiləri istirahət günlərini unudaraq, aylarla öz yaxınlarını görmədən "döyüş mövqeyində" , xüsusi ağır geyimlərlə duraraq son nəfəsədək işləyirlər ki, pasiyentlərə koronavirusla mübarizədə qalib gəlməyə kömək etsinlər. Hazırkı vəziyyətdə texnologiyanın inkişafı həkimlərə ailələri ilə görüntü şərtlərdə danışmağa imkan yaradır. Lakin heç bir video zəng doğmalarınla yaxın təmasın yerini vermir. Bu dəfə "XəzərXəbər" komandası həkim ailəsinin qonağı olub. Hər birinizi reportajı izləməyə dəvət edirik.

Görəsən bir həkim ürəyinə övladlarınımı sığdırır, yoxsa xəstələrinimi? Bu ailədə bir ata, bir həkim ürəyi, həm öz balası, həm tələbələri, həm də xəstələri üçün narahatdır. Tibb elmləri doktoru, professor, Azərbaycan Kardioloqlar Cəmiyyətinin sədri İsaq Mustafayevin üç övladından ikisi onun peşəsini davam elətdirib, tibb elminə yiyələniblər. İndi isə onlardan Samir Mustafayev atasının təbirincə desək, ön cəbhədədir. Görünməz düşmənlə, koronovirusla mübarizə aparır.

Professor deyir ki, bir müəllim bu dünyadan köçəndə özünün yetişdirdiyi tələbələri ilə yadda qalır. Düşünəndə ki, sənin həm övladın, həm də tələbələrin bu mübarizənin içindədir, dözmək çətin olur.

Bu evin gəlini də həkimdir. Samir Mustafayev öz xanımı ilə tələbə yoldaşı olublar, bir-birini də elə tələbəlikdən sevib-seçiblər. İndi oftalmoloq Vüsalə xanım həm evdəki böyükləri, həm balacaları, həm də həyat yoldaşını düşünür. Əkiz balaları Nicat və Nihat eləcə də böyük oğlu İsmayıl Samir həkim evə qayıdana qədər ona əmanətdir.

Ata, İsaq Mustafayev bir həkim olaraq oğlunun hansı vəziyyətdə işlədiyinin fərqindədir, ana isə oğlundan ötrü sadəcə darıxır. Bu hissə bir də qürur qarışıb.

Nihat və Nicat ekizdir. İsmayıl onlardan böyükdür, özü də dərslərini çox yaxşı oxuyur. Onlar da vəziyyətin nə olduğunu başa düşürlər və düşünürlər ki, onların ataları virusun öhdəsindən layiqincə gələcək.

Elə bu əsnada bizim söhbətimizə telefonla Samir həkim də qoşulur. O, artıq növbədən qayıdıb. Görünür, ailəsinin onu həkim paltarında görməsini istəmir.

Nə baş verənlər, nə də Samir həkimin telefonda atasına dedikləri İsaq həkimi qane eləmir. Onun gözləri yol çəkir.

Təbəssümlə təşviş bir-birinə qarışıb bu evdə. Elə bizi də eyni hisslərlə yola salırlar.

Biz sizə minnətdarıq, əziz həkimlər,tibb işçiləri. İnanırıq ki, bir-birimizdən qurban vermədən bu bəlanın da öhdəsindən birlikdə gələcəyik.

Oxşar xəbərlər
OTACI