Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

24 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 481,0 milyon manatlıq məhsul istehsal edilib.

Press.az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 3,1 dəfə, kimya sənayesində 24,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 13,6 faiz artıb.

Əsas kimya məhsullarından metanol istehsalı 45,7 faiz, propilen istehsalı 24,9 faiz, etilen istehsalı 22,0 faiz artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,6 dəfə, bərk polipropilen boruların istehsalı 94,7 faiz artıb.

Oxşar xəbərlər
OTACI